"Polis haqqında" qanuna dəyişiklik edilib
23-10-2017 15:21 / Bu xəbər 1602 dəfə oxundu
Azərbaycan Prezidenti İlham Əliyev "Polis haqqında” qanuna Milli Məclisin etdiyi dəyişikliyi təsdiqləyib.
"AZƏRTAC"-ın məlumatına görə, qanunun 33-cü (Polis əməkdaşının məsuliyyəti) maddəsinə dəyişiklik edilib.
Maddəyə əsasən, polis əməkdaşı xidmət apararkən hüquqa zidd hərəkət etdikdə, xidmət və icra intizamını pozduqda, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir.
Bu maddədən "ləyaqətsiz” sözü çıxarılıb.












