Polisin "Sən də dovşansan, ərin də" dediyi qadının daha bir oğlu həbs edilib

Polisin

09-06-2020 14:32 / Bu xəbər 2650 dəfə oxundu

"Üzr istəyən ikinci oğlumu da həbs etməzdi"
 
Polisin "Sən də dovşansan, ərin də dovşandır!” dediyi Yasamal sakini Gülər Süleymanovanın iki oğlu həbs edilib.

Bu barədə Arqument.az-a Gülər Süleymanova məlumat verib.

Onun sözlərinə görə, əvvəl oğlu Süleymanlı Elvin çılpaq şəkildə zorla evdən götürülüb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə həbs edilib. 
 
Daha sonra digər oğlu Süleymanlı Kərim saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 531.1-ci maddəsi ilə həbs olunub.

Gülər Süleymanova deyib ki, onu idarəyə dəvət etsələr də, getməyib. O, polisin işdən çıxarıldığından da xəbərsiz olduğunu deyib.

Süleymanova deyir ki, heç bir yerə getməyəcək və üzr də qəbul etməyəcək: "Üzr istəyən ikinci oğlumu da həbs etməzdi".
 
O bildirib ki, övladlarının hüquqlarını vəkil Cavad Cavadov müdafiə edəcək.
 
Cavad Cavadov isə arqument.az-a deyib ki, artıq Gülər Süleymanova ilə müqavilə bağlanıb və hüquqi müstəvidə bütün addımlar ataılacaq.