Cəbhədə atışma: 4 erməni hərbçisi həlak olub

Cəbhədə atışma: 4 erməni hərbçisi həlak olub

28-06-2023 14:53 / Bu xəbər 1159 dəfə oxundu

Tərəflər bir-birini günahlandırır

Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin yenidən pozulduğu bildirilir.

Ermənistan Müdafiə Nazirliyi iyunun 28-də 4 hərbçisinin ölümü barədə məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Ordusu erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib.

Nəticədə Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan ölüb.

Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələrinin Ağdamın Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb.

Ermənistan və Azərbaycan atəşkəs rejiminin pozulmasında bir-birini günahlandırıb.