Prezident sərəncam imzaladı: 2,9 milyon manat ayrıldı
27-03-2019 18:48 / Bu xəbər 1501 dəfə oxundu
Prezident İlham Əliyev "Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.












