Putin: "Ukraynadakı hədəflərimizdən əl çəkməyəcəyik"

Putin:

20-12-2023 01:32 / Bu xəbər 1523 dəfə oxundu

"Rusiya Ukraynadakı xüsusi əməliyyatın məqsədlərindən əl çəkmək niyyətində deyil"

Bunu Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da Müdafiə Nazirliyinin kollegiya iclasındakı çıxışı zamanı deyib. 

"Qərb Rusiyanı cilovlamaq strategiyasından və Ukraynadakı aqressiv məqsədlərindən əl çəkmir. Onda biz də xüsusi hərbi əməliyyatla bağlı məqsədlərimizdən əl çəkməyəcəyik", - Putin bildirib.

O həmçinin qeyd edib ki, NATO hərbi bloku genişlənməmək vədinə baxmayaraq, Rusiya sərhədlərinə çox yaxınlaşıb.

Onun sözlərinə görə, Moskva nə Avropa, nə də NATO ilə döyüşmək niyyətində deyil, amma buna baxmayaraq, NATO qoşunlarının Şərqi və Mərkəzi Avropadakı sayı artır.

Putin çıxışında SSRİ-nin dağılmasından sonra Qərbin Rusiyada "beşinci kolon”un yaradılmasıyla bağlı işlər gördüyünü deyib. 

O, Rusiyanın əleyhdarlarının diqqəti ölkənin məhvinə yönəltdiklərini bildirib.