Putin nüvə müharibəsinə hazır olduğunu açıqlayıb

Putin nüvə müharibəsinə hazır olduğunu açıqlayıb

14-03-2024 13:57 / Bu xəbər 907 dəfə oxundu

Rusiya Prezidenti: "Ancaq ABŞ hazır deyil”

Rusiya Prezidenti Vladimir Putin nüvə müharibəsinə hazır olduğunu bəyan edib.

Rusiya Prezidenti bu barədə "Ria.ru” saytına müsahibəsində danışıb.

Amma Vladimir Putin ABŞ-ın nüvə müharibəsinə hazır olmadığını vurğulayıb: "Biz nüvə müharibəsinə hazırıq. ABŞ-ın isə sabah nüvə müharibəsinə başlamağa hazır olduğunu düşünmürəm”.

"Yaxşı, istəyirlər, amma niyə belə edirlər? Biz hazırıq. Əgər söhbət Rusiya dövlətinin mövcudluğundan gedirsə, biz istənilən silahdan istifadə etməyə hazırıq. Nə üçün Ukraynaya qarşı kütləvi qırğın silahlarından istifadə etmək lazımdır? Heç vaxt belə ehtiyac olmayıb”, – deyə Rusiya lideri əlavə edib.

O, Ukraynayla danışıqlara hazır olduğunu da deyib: "Biz dinc danışıqlara hazırıq, lakin danışıqlar psixotrop dərmanların istifadəsindən sonra istəklərə deyil, yer üzündə formalaşmış reallıqlara söykənir. Mən heç kimə inanmıram, amma inanacağımız zəmanətlərə ehtiyacımız var. Qərb ölkələrinin ordusu uzun müddətdir ki, Ukraynadadır. Amma orada məsləhətçilər deyil, rəsmi xarici hərbi kontingent görünsə, bu, döyüş meydanında vəziyyəti dəyişməyəcək. Necə ki silah təchizatı heç nəyi dəyişmir. Reallığı görən və daha ağıllı olanlar bu münaqişəyə son qoymağın yollarını axtarmağa başladılar”.

Putinin sözlərinə görə, Ukraynanın cəbhə xəttindəki uğursuzluqlar səbəbindən Belqorod və Kursk vilayətlərinə hücum etməsində əsas məqsədi Rusiyada Prezident seçkilərini pozmaq deyilsə də, onun keçirilməsinə mane olmaqdır: "Keçən il ukraynalıların qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilmədilər. İndi təşəbbüs tamamilə Rusiya Silahlı Qüvvələrindədir. Özümüzü müdafiə edə bilməsək, heç kim bizi nəzərə almayacaq. Rusiya yol ayrıcında deyil, özünün strateji inkişaf yolundadır və yolundan dönməyəcək”.

"Qərb əsrlərdir ki, qarnını insan əti ilə, cibini isə pulla doldurmağa öyrəşib. Ancaq onlar başa düşməlidirlər ki, vampir topu sona çatır. Elə bir şey yoxdur ki, özümü dünyanın taleyinin hakimi kimi hiss edirəm. Mən, sadəcə, Rusiyanın maraqlarına uyğun işləyirəm”, – deyə Putin vurğulayıb.