"Qarabağ" Andradenin transferini rəsmiləşdirdi

15-07-2023 13:51 / Bu xəbər 3558 dəfə oxundu

"Qarabağ" növbəti transferini reallaşdırıb.
 
"Qaynarinfo" xəbər verir ki, klub Patrik Andrade ilə müqavilə imzalayıb.

Bu barədə Ağdam təmsilçisi rəsmi məlumat yaysa da müqavilənin detalları hələ açıqlanmayıb. 

Bu Andradenin "Qarabağ"a ikinci gəlişidir. 

İlk dəfə 2020-ci ildə Bolqarıstan "Çerno More"sindən transfer olunan yarımmüdafiəçi 2022-ci ildə Serbiya "Partizan"ına getmişdi. 

Ancaq burada cəmi bir il oynadıqdan sonra yenidən "Qarabağ"a qayıtmağa üstünlük verib.