“Qorotdel”in keçmiş idarə rəisi qəzada öldü

“Qorotdel”in keçmiş idarə rəisi qəzada öldü

11-10-2022 12:46 / Bu xəbər 1156 dəfə oxundu

Dünən saat 20 radələrində Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib.

"Qafqazinfo” xəbər verir ki, şəhər sakini T.Məmmədov idarə etdiyi "Chevrolet Camaro” markalı avtomobillə dənizkənarı küçədə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub. 

Nəticədə piyada hadisə yerində ölüb.

Ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir. 

O, "FİKA MONTİNO” brendinin yaradıcısı – Fikrət Allahverdiyevin qudası olub.