Rəhim Qazıyevə 10 sutka həbs verildi
26-12-2017 17:18 / Bu xəbər 2089 dəfə oxundu
Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutka həbs cəzası verilib.
Bu barədə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat yayıb.
"Nərimanov polis idarəsindən verilən məlumata görə, Rahim Qazıyevə 10 sutka həbs cəzası verilib. Rəhim Qazıyev hazırda Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasına aparılıb", - Zeynallı qeyd edib.
Xatırlatma
R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun hansı səbəbə görə saxlanılması barədə məlumat verilməyıb.
R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb.
O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib.
2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.
Hüquq müdafiəçiləri Rəhim Qazıyevin saxlanılmasının onun Kanal 13 İnternet televiziyasında yayılan müsahibəsində prezident İlham Əliyev və onun atası mərhun prezident Heydər Əliyevin ünvanına işlətdiyi kəskin tənqidlərdən bir gün sonraya təsadüf etdiyini bilddirir.












