Rusiya Ukrayna şəhərlərinə qanadlı raketlər atıb

Rusiya Ukrayna şəhərlərinə qanadlı raketlər atıb

29-12-2023 14:38 / Bu xəbər 953 dəfə oxundu

Dekabrın 29-na keçən gecə Rusiya qoşunları pilotsuz təyyarələr və qanadlı raketlərdən istifadə etməklə Ukraynaya qarşı kütləvi hücum həyata keçirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilir ki, Xarkov, Lvov, Sumı, Odessa və paytaxt Kiyev şəhərləri əsas hücum hədəfləri olub.

Rusiyanın bu şəhərlərdə mülki və enerji infrastrukturunu hədəf aldığı bildirilir.

Xarkovda raket hücumu səbəbindən nəqliyyat üçün elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Bu gün səhər saatlarında Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib.  Məlumata görə, Zaporojye və Dneprdə partlayış səsləri eşidilib.   Dneprdə ticarət mərkəzində yanğın baş verdiyi qeyd olunub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Kiyev sakinlərini sığınacaqlarda qalmağa çağırıb.  

Şəhərdə partlayışlar var və rəsmilərin məlumatına görə, hava hücumundan müdafiə sistemləri işləyir.