Rüstəm Ağayev: "Azərbaycanda 14758 şagird koronavirusa yoluxub"

Rüstəm Ağayev:

22-01-2021 13:25 / Bu xəbər 1020 dəfə oxundu

Təhsil nazirinin müşaviri 7090 təhsil işçisinin də virusa yoluxduğunu deyib

Azərbaycanda indiyədək 14758 şagird, 7090 təhsil işçisi COVİD-19 infeksiyasına yoluxub.

Meydan.Tv xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev yanvarın 22-də keçirilən mətbuat konfransında danışıb.

Rüstəm Ağayevin sözlərinə görə, ötən ilin sentyabrından indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub.

"5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə isə 7525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib”, - nazirin müşaviri bildirib.