Saatlıda şikayətçilər var

Saatlıda şikayətçilər var

19-05-2021 11:48 / Bu xəbər 1858 dəfə oxundu

Bu gün, mayın 19-da səhər saatlarında bir qrup Saatlı rayon sakini yerli icra hakimiyyətinin qarşısına toplaşaraq şikayətlərini ifadə ediblər. 

Onlar, əsasən, pensiyanın verilməsində, əlilliyin müəyyən edilməsində, torpaq və suvarma işlərində qanun pozuntularından şikayətləniblər. 

Şikayətçilərin iddiasına görə, onların müraciətinə ya baxılmır, ya da digər təşkilatlara göndərilir və sondan həll edilməmiş qalır.

Onlar rüşvət və korrupsiyadan da narazılıqlarını ifadə ediblər.

Hələlik, baş verənlərə Saatlı rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Amma şikayətçilərdən bəzilərinin icra hakimiyyətində qəbul edildiyi deyilir.///azadliq.org