Yol polisi Səfər Mehdiyevi saxladı (VİDEO)

Yol polisi Səfər Mehdiyevi saxladı (VİDEO)

08-08-2022 18:34 / Bu xəbər 3002 dəfə oxundu

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.

"Unikal"ın məlumatına görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı "Mercedes Galendewagen" markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.

O, YPX əməkdaşına "Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib. 

Sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.