Sabiq deputat dünyasını dəyişdi

Sabiq deputat dünyasını dəyişdi

14-09-2019 23:39 / Bu xəbər 2392 dəfə oxundu

Milli Məclisin sabiq deputatı Sultan Məmmədov sentyabrın 14-də doğulduğu Astara rayonunda uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Bu barədə yaxınları məlumat yayıb.

Mərhum sabah Astara rayonunda dəfn ediləcək. 

Sultan İsrafil oğlu Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 

1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı  nazirinin birinci  müavini vəzifələrində çalışıb.

Üç çağırış Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Mənzil-kommunal daimi komisiyasının sədri olub. 

1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib. 

O,  "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib.  

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi  (1918-2018)”  yubiley medalı təqdim olunub.