Salyan keçmiş icra başçısı dövlətə borcunu ödəmir

Salyan keçmiş icra başçısı dövlətə borcunu ödəmir

19-09-2019 13:11 / Bu xəbər 924 dəfə oxundu

Salyan keçmiş icra başçısı Tahir Kərimovun "Azəriqaz” İstehsalat Birliyinə 70 min manata yaxın borcu ödəmir. 

Bu barədə demokrat.az saytı xəbər yayıb.

Saytın bir müddət öncə yaydığı xəbərdə deyilir ki, sözügedən borc bir neçə il öncədən qalmış və indiyədək ödənilməmiş vəsaitdir. 

"Azəriqaz” İstehsalat Birliyinin yeni mətbuat katibi Ceyhun Səfərov həmin məlumata münasibət bildirməsə də, sözügedən borcun Salyanın Çadırlı kəndi ərazisində Tahir Kərimova məxsus olan 2 hekdardan artıq istixana təsərrüfatına görə yarandığı qeyd olunur. 

Məlumatda bildirilir ki, Tahir Kərimov həmin istixana kompleksini Salyan rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə yaradıb. 

İstixanada xiyar və pomidor sortları becərilir və istixanaya Tahir Kərimovun sürücüsü olmuş Yusif adlı qohumu nəzarət edir. 

Son məlumatlara görə, Tahir Kərimov hələ də "Azəriqaz”a borcunu ödəməyib. Onun bu istixanaları yüksək vəzifəli şəxslərdən biri ilə birgə yaratdığı deyilir. 

Mövzu ilə bağlı Tahir Kərimovla əlaqə saxlamaq mümkün olmayıb.