Səfər Mehdiyevin ölkədən çıxışına qadağa qoyuldu

Səfər Mehdiyevin ölkədən çıxışına qadağa qoyuldu

26-07-2022 12:49 / Bu xəbər 1123 dəfə oxundu

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

"Gununsesi.info" xəbər verir ki, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksəkvəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.