Səfər Mehdiyevin qaynının həbs olunduğu bildirilir

Səfər Mehdiyevin qaynının həbs olunduğu bildirilir

19-07-2022 21:32 / Bu xəbər 730 dəfə oxundu

İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev dünən saxlanılıb.

Bu haqda məlumatı "Hurriyyet.az" yayıb. 

Bildirilir ki, DGK-nın nəzdindəki "Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini olan Zeynal Tarquliyev yeznəsi Səfər Mehdiyevin "qara kassası” hesab olunurdu.

İddia olunur ki, Zeynal Tarquluyev əlində olan rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək iş adamlarından qanunsuz olaraq 100 milyonlarla manat toplayıb. 

Onun həbsinin məhz bununla bağlı olduğu istisna olunmur.

Hazırda DGK-da keçmiş sədr Səfər Mehdiyevin onlarla yaxın qohumu çalışır.

Bildirilir ki, onların hər birinin qanunsuz fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılır və yaxın günlərdə yeni həbslər dalğasının olacağı istisna edilmir.