Səfir və vitse-spikerin qardaşı oğlu həbs olunub

Səfir və vitse-spikerin qardaşı oğlu həbs olunub

06-03-2024 01:06 / Bu xəbər 729 dəfə oxundu

Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və vitse-spiker Adil Əliyevin qardaşı oğlu Abış Əliyev Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Bu barədə "Gununsesi.info"ya Əliyevlər ailəsinə yaxın mənbələr bildirib.

Məlumata görə, hər iki məşhurun qardaşı Kərim Əliyevin övladı olan Abış Əliyev dələduzluqda ittiham olunur.

Fövqaladə Hallar Nazirliyində çalışmış Abış Əliyev çoxsaylı vətəndaşlara qarşı dələduzluq əməlləri törədib.

Kərim Əliyev bir neçə il əvvəl vəfat edib.