Şəhid qardaşı Müdafiə Nazirliyinə çağırıldı, araşdırma başladı

Şəhid qardaşı Müdafiə Nazirliyinə çağırıldı, araşdırma başladı

15-09-2022 12:05 / Bu xəbər 1407 dəfə oxundu

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən qeyd edilib.

Sənan Əhmədov ötən gün verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan "Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını deyib.