Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı

Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı

10-01-2020 12:41 / Bu xəbər 1580 dəfə oxundu

Şəmkir rayonunda itkin düşən qız tapılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayonu Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun Sumqayıt şəhərində olduğu müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.