Şenol Güneş millidən getdi

Şenol Güneş millidən getdi

10-09-2021 22:00 / Bu xəbər 5101 dəfə oxundu

Türkiyə millisinin baş məşqçisi Şenol Günəşlə yollar ayrılıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 69 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Türklər DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə məğlub olub. 

2000-2004-cü ildə yığmaya rəhbərlik etmiş mütəxəssis 2019-cu ilin fevralında yenidən komandanın baş məşqçi postuna təyin olunmuşdu.