Sülhəddin Əkbərin partiyası qeydiyyata alındı
16-04-2020 22:03 / Bu xəbər 1447 dəfə oxundu
Ədliyyə Nazirliyində yeni qeydə alınmış iki siyasi partiyanın sədri ilə görüş keçirilib.
Bu barədə APA Ədliyyə Nazirliyinə istinadən xəbər yayıb.
Qeydiyyata alınmış partiyalardan biri Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasıdır.
Məlumatda deyilir ki, partiyaların qeydiyyatı ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.
Digər partiya isə Musa Ağayevin rəhbərlik etdiyi Yeni Zaman Partiyasıdır.
Aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib.
Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə edib və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.












