Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

28-03-2024 18:00 / Bu xəbər 1065 dəfə oxundu

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. 

"Qaynarinfo"nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqçı kimi işə cəlb edib. 

İşçilərlə əmək müqaviləsi bağlanılmayıb və üstəlik gördükləri işə görə ödəniş edilməyib.

İsmayıl Murulov, Əhməd Əhmədov, Rəhim Nüfərov, Namazəli Balayev, Məhəmməd Qaflanov, Abdulla Şəhriyev və Bəhri Əhmədov ad-soyadlı işçilər bununla bağlı Şuşa Rayon Prokurorluğuna şikayət ediblər. 
 


Aparılan araşdırma zamanı fakt təsdiqləndiyindən müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə "MT Construction" MMC-nin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20.000 min manat məbləğində cərimə edilib.
 

Nizamnamə kapitalı 10 manat olan "MT Construction" MMC-nin qanuni təmsilçisi Məmmədov Ruslan İsmixan oğludur.