Təhsil Nazirliyi məktəblilər üçün yay düşərgələri təşkil edəcək
31-05-2019 17:30 / Bu xəbər 907 dəfə oxundu
Təhsil Nazirliyi məktəblilər üçün kütləvi yay düşərgələri təşkil edəcək.
"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov deyib.
O bildirib ki, bu, gələcəkdə maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra mümkün olacaq: "Bu halda məktəblilər düşərgəyə seçmə şəkildə aparılmayacaq, istənilən sayda şagird qatıla biləcəklər.
Bu gün üçün Təhsil Nazirliyi tərəfəndən məktəblilər üçün qısamüddətli yay düşərgələri təşkil olunur. Bura əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olinpiyadalarında qalib gələn şagirdlər yönləndirilir. Son 3 ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib".












