Tramp ilk çıxışında Baydeni kəskin tənqid etdi

Tramp ilk çıxışında Baydeni kəskin tənqid etdi

01-03-2021 14:57 / Bu xəbər 1534 dəfə oxundu

ABŞ-ın sabir prezidenti Donald Tramp prezidentlik müddəti başa çatandan sonra ictimaiyyət qarşısındakı ilk nitqində sələfi Co Baydeni kəskin tənqid edib. 

CNN-nin yerli vaxtla fevralın 28-də verdiyi məlumata görə, Florida ştatının Orlando şəhərində ABŞ-ın mühafizəkar dairələrinin konfransında çıxış edən Tramp Baydenin siyasətini "fəlakətli" adlandırıb.

"Co Bayden müasir tarixdəki bütün prezidentlər arasında ən fəlakətli ilk ayını yaşayıb. O, artıq biznesə, ailələrə, sərhədlərə, enerjiyə, qadınlara və elmə qarşı olduğunu göstərib. Biz hamımız Bayden rəhbərliyinin pis olacağını bilirdik, amma heç kim bu qədər pis olacağını gözləmirdi", - deyə respublikaçı bəyan edib. 

Tramp sələfinin yanlış siyasəti nəticəsində ABŞ-ın birinci pillədən sonuncu pilləyə yuvarlandığını söyləyib. 

Həmçinin əlavə edib ki, ABŞ bütün dünya problemlərini həll edə bilməz. 

"Mən vəzifədən gedəndə, əslində əbədi müharibələri dayandırdıq. Əfqanıstanda 19 il davam edən hərbi mövcudluğumuzu, demək olar ki, sıfıra endirdik. Amma indi eşidirəm ki, yeni administrasiya geriyə - Əfqanıstana qayıtmaq istəyir".

Sabiq prezident bu faktı əsas gətirməklə, Bayden administrasiyanın ABŞ-ı yeni müharibələrə apardığını bildirib. 

Donald Tramp nitqində növbəti dəfə prezidentliyə namizəd olmaq ehtimalını istisna etməyib.

Deyib ki, demokratları "üçüncü dəfə" məğlub edə bilər: "Yolumuza davam edəcəyik... Biz qalib gələcəyik”.