Türk iş adamının şirkəti məhkəməyə verildi - “Korkmaz Group”la bağlı nə baş verir?
28-10-2023 01:30 / Bu xəbər 1392 dəfə oxundu
Türkiyəli iş adamı Mustafa Korkmaza məxsus "Korkmaz Group” şirkəti məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətidir (ASC).
ASC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim hakim Emin Əliyevin icraatındadır.
Noyabrın 16-na məhkəmə hazırlıq iclası təyin edilib.
İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Son vaxtlar Mustafa Korkmazın biznesində axsamalar müşahidə edilir. Bundan az əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi iş adamı ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
İdarə məhkəmədən Mustafa Korkmazın ölkədənən çıxışına stop qoyulmasını istəyib.
Qaynarinfo-nun araşdırmaları nəticəsində məlum olub ki, Mustafa Korkmazın məhkəməyə verilməsi "Korkmaz Group” MMC-nin vergi borcu ilə bağlıdır.
Həmin vaxt şirkətin 104 304.51 AZN vergi borcu olub.
Bu işin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Məlumat üçün deyək ki, "Korkmaz Group” Avstriyanın qəlib materialları istehsalçısı olan "Doka” firması ilə əməkdaşlıq edir.