Dövlət Komitəsində 1,7 milyonluq tədbir oyunu: bu qədər vəsait kimin şirkətinə verilib?

Dövlət Komitəsində 1,7 milyonluq tədbir oyunu: bu qədər vəsait kimin şirkətinə verilib?

21-02-2024 10:01 / Bu xəbər 884 dəfə oxundu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planının 2024-cü ildə öhdəlikdə olan tədbirlərin təşkilinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi "Ukrayna Ticarət Evi" MMC olub.

Qalib şirkətlə 1 679 966 manat məbləğində müqavilə imzalanıb.

"Ukrayna Ticarət Evi” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlibala Məhərrəmzadə Səttar oğludur.
 
Hüquqi ünvanı AZ1007, Bakı Şəhəri Nəsimi Rayonu, Xan Şuşinski, Ev 48, M2, m. 1 ünvanında yerləşir.