Türkiyə XİN: Qəzzada savaş dərhal dayanmalıdır

Türkiyə XİN: Qəzzada savaş dərhal dayanmalıdır

14-12-2023 15:37 / Bu xəbər 1080 dəfə oxundu

Qərb dövlətlərinin Qəzza məsələsinə yaxınlaşması geopoltitik sınmalara yol açmaq potensialı daşıyır.

APA-nın xəbərinə görə, bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

Hakan Fidan deyib ki, bu savaş, qətliam dərhal dayanmalıdır və beynəlxalq ictimaiyyət bu sahədə üzərinə düşəni yerinə yetirməlidir: "Beynəlxalq birliyə də çağırışımız budur. Uzunmüddətli həll üçün Fələstin dövlətinin qurulması vacibdir. Bir sıra dövlətlərin siyasi sistemləri elədir ki, İsrailə qarşı çıxa bilmirlər. Təmas qrupu olaraq keçirdiyimiz görüşlərdə də bunu nəzərə çatdırırıq. İsrail qətliamına dəstək verən ölkələrin BMT-də səsvermədə ya Qəzzada atəşkəsə səs verdiyi, ya da bitərəf qaldığını görürük. İnanırıq ki, ən qısa dövrdə beynəlxalq ictimaiyyət bu yanlışdan dönəcək”.