Ukrayna “Bayraktar”ları Qara dənizdə sınaqdan keçirdi

Ukrayna “Bayraktar”ları Qara dənizdə sınaqdan keçirdi

28-03-2021 13:21 / Bu xəbər 1282 dəfə oxundu

Ukrayna ordusu Türkiyədən alınan "Bayraktar TB2” pilotsuz uçuş aparatlarını Qara dəniz akvatoriyasındakı təlimlər çərçivəsində sınaqdan keçirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumatında yayıb.

Bildirilir ki, "Bayraktar TB2” Qara dənizdəki Tendrovskaya adası istiqamətində uçuş edib.

Pilotsuz aparatlar manevrlərlə əlaqədar müxtəlif təlim vəzifələrini  yerinə yetirib.