Vəkilsiz qalan azərbaycanlı tələbəyə İranda hökm oxunacaq - Anası çağırış etdi
02-08-2023 10:07 / Bu xəbər 968 dəfə oxundu
Azərbaycan hökumətinin vətəndaşına sahib çıxmamasına çox təəssüflənirəm"
"Dünən Fəridlə danışdıq. Avqustun 3-nə qədər məhkəmədən son söz üçün vaxt verildiyini bildirdi. Yaxın günlərdə hökm oxunacaq. Son vaxtlar Fərid məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələrlə bağlı vəkilə ehtiyacı olduğunu bildirdi".
Bunu hazırda İranda həbsdə olan tələbə Fərid Əsgərovun anası Dilarə Əsgərova yazıb.
"Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdırr. Təkcə Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istəyirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ. Hələ minnət qoyurlar öz azərbaycanlımızsan", - deyə o qeyd edib.
Dilara Əsgərova oğlunun taleyin ümidinə buraxıldığını deyir: "Fəridlə məsləhətləşdik. Fərid dedi ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar ki, sıfırdır və üstəlik ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır. Üstəlik də mənim bu məbləği ödəməyə imkanım olmadiğını da nəzərə alıb, Fəridlə qərara aldıq ki, İrandan vəkil tuta bilmirik, buna görə də Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirək ki, zəng edib suallar verə bilsin məhkəməyə qədər. İki vəkil canla başla heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini dedilər".
"Nədənsə Ayərbaycanın İrandakı konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər. Bu ümidimiz də puç oldu. Fərid çox gərgin danışırdı. Hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi onu çox narahat edir. Hər yerdən əlim üzüldüyü üçün özüm bəzi məsləhətlər verdim, məsələn Fərid onun ifadəsinin farsca yazılı variantını başa düşmür, tapşırdım altına yaz başa düşmürəm qol çək və sair. Azərbaycan hökumətinin vətəndaşına sahib çıxmamasına çox təəssüflənirəm", - Dilara Əsgərova yazır.
Fərid Səfərli nə vaxt saxlanılıb?
Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.
Anası deyib ki o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.
Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.
Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.
O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.
Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.
XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.
İran hüquq-mühafzə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.