Xalidə Bayramova komissiya sədrliyindən çıxarıldı
27-05-2019 16:06 / Bu xəbər 936 dəfə oxundu
Elina Hacıyevanın intihar olayında adı hallanan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.
Məlumatı Səbail Rayon İcra Hakimiyyəti yayıb.
Xalidə Bayramovanən adı 14 yaşlı məktəbli Elina Hacıyevanın intihar hadisəsi ilə gündəmə gəlmişdi.
Elina Hacıyeva aprelin 4-də təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən özünü ataraq intihara cəhd edib.
O, aparıldığı xəstəxanada vəfat edib.
Xalidə Bayramova intihar hadisəsi zamanı məktəbə gedib və azyaşlı qızı sorğu-sual edib. Elinanın danışdıqlarını isə video lentə alıb.
O, Meydan Tv-ya verdiyi açıqlamasında bildirib ki, hadisə yerinə Qəyyumluq Komissiyasının sədri kimi gedib.
Video lentə alma səbəbi isə şəffalığı təmin etmək olub.
Onun sözlərinə görə, hadisə yerinə gedən kimi təcili tibbi yardım çağırıb.
Elina Hacıyevanın intihar hadisəsi ilə bağlı cinayət işi açılıb. Məktəb direktoru və iki müəllim işindən azad edilib.
Məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb olunub.///toplum.tv












