Xədicə İsmayıl polisə çağırıldı
03-10-2017 17:55 / Bu xəbər 1533 dəfə oxundu
Keçmiş siyasi məhbus, araşdırmaçı jurnalist Xədicə İsmayıl Polis bölməsinə çağırılıb.
O, bu haqda feysbukda məlumat yayıb.
Jurnalist bildirib ki, polis onu axtarır:
"Anamın ünvanı üzrə polis bölməsinə çağırıblar. Deyirlər, yarım saatlıq işimiz var. Deyirəm, qeydiyyat və yaşayış yerim başqa ünvandır, çağırış vərəqəsi göndərin, görüm, niyə çağırırsınız”, – Xədicə İsmayıl bildirib.
Xədicə İsmayıl hazırda Polis bölməsinə getdiyini deyir.












