Xüsusi karantin rejimi daha iki həftə uzadılırmı?

Xüsusi karantin rejimi daha iki həftə uzadılırmı?

30-06-2020 22:30 / Bu xəbər 1332 dəfə oxundu

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı dediyinə görə, koronavirus müharibədir və bu, davam edir.

Onun sözlərinə görə, 5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir, bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək.