Yol polisinə rüşvət verdiyi deyilən şəxslər videomüraciət yaydı - VİDEO

Yol polisinə rüşvət verdiyi deyilən şəxslər videomüraciət yaydı - VİDEO

14-01-2020 15:43 / Bu xəbər 963 dəfə oxundu

Hacıqabul rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşının sürücüdən rüşvət alması ilə bağlı video yayılmışdı. 

İddia olunurdu ki, YPX əməkdaşı sürücünü qayda pozduğu üçün saxlayıb və sonradan pul alaraq buraxıb.

Videoda yol polisinə pul verdiyi deyilən Həsən adlı vətəndaş Avtosfer.az-a müraciət edərək bildirib ki, o yol polisinə pul verməyib. 

Sadəcə olaraq avtomobilində olan cərimələri öyrənmək üçün üzərində telefon nömrəsi olan kağızı YPX əməkdaşına verib. 

Xahiş edib ki, cərimələri olub-olmaması barədə məlumat versin.

Sürücü Rusiyada yaşayır və həmin vaxt da yol polisinin bort kompüteri işlək vəziyyətdə olmayıb. Sürücünün videomüraciətini təqdim edirik: