Zelenski Zalujnını səfir göndərdi

Zelenski Zalujnını səfir göndərdi

09-05-2024 18:20 / Bu xəbər 470 dəfə oxundu

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnını Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edib. 

Bu barədə dövlət başçısının 9 may tarixli 316/2024 nömrəli fərmanında deyilir.

"Valeri Fedoroviç Zalujnı Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin", - deyə fərmanda qeyd edilib.

Bundan öncə isə Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının hərbi xidmətdən azad edilməsi haqqında fərman imzalayıb.

Prezidentin bununla bağlı fərmanı dövlət başçısı Aparatının tərəfindən dərc edilib.

"General Valeri Fedoroviç Zalujnı səhhətinə görə hərbi forma geymək hüququ ilə hərbi xidmətdən azad edilsin", - deyə fərmanda qeyd edilir.
 
Fevralın 8-də Volodimir Zelenski Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib.