Zelenskiyə qarşı impiçment proseduru başladıla bilər

Zelenskiyə qarşı impiçment proseduru başladıla bilər

03-02-2021 15:06 / Bu xəbər 896 dəfə oxundu

Ukraynada Rusiya meyilli "Həyat naminə - müxalifət platforması" prezident Vladimir Zelenskiyə qarşı impiçment prosedurunun başladılacağını bəyan edib.

Ukrayna mətbuatının yazdığına görə, bu barədə fevralın 3-də Ali Radanın tribunasında çıxış edən Vadim Rubinoviç fraksiya adından çıxış edərkən bildirib.

Onun sözlərinə görə, impiçment planı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) "112 Ukrayna", ZIK və "NewsOne" televiziya kanallarına sanksiyalar tətbiq etməsiylə bağlıdır.

MTMŞ adları qeyd edilən kanalların sahibinə, "Həyat naminə - müxalifət platforması" partiyasından olan deputat Taras Kozaka sanksiyalar tətbiq edib və kanalların yayımını dayandırıb, indi onları yalnız "Youtube" kanallarında izləmək mümkündür. Deputat isə öz növbəsində sanksiyaları söz azadlığına və demokratiyaya zərbə adlandırıb.

Bildirilir ki, Ali Radanın tribunasında Zelenskiyə qarşı impiçmentin başladılacağına dair səslənən bəyanatı hakim Xalqın Xidmətçisi Partiyasından olan deputatlar gülüşlə qarşılayıblar.

Fevralın 3-də Ukraynada prezident ofisinin baş məsləhətçisi Mixail Podolyak açıqlamasında bildirib ki, telekanallara qarşı sansksiyalar senzura deyil, propoqandaya qarşı mübarizə mahiyyəti daşıyır.(toplum.tv)