"Ata-bala ikisi öldürüb. Balam para-paradı" – Dəhşətli qətlin görüntüləri yayıldı - VİDEO

30-10-2016 22:23 / Bu xəbər 4056 dəfə oxundu

"O adam atasını anasını döyən adamdır"

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Verdiyev Xəyal Xaliq oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Öldürülən şəxsin atası: "Öldürüb. Aparıb morqa qoyub. Arxası ilə gedən də olmayıb. Gedib özümüz gətirmişik. Balam pis gündədi. Balam para-paradı. Səhərə qədər ata-bala ikisi öldürüb. Kəsilmişdi boynu. Uşağın boğazından qan tökülürdü".

Cinayətkarın sinif yoldaşı: "O adam atasını anasını döyən adamdır"

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.