AXCP üzvlərinin saxlanıldığı deyilir

AXCP üzvlərinin saxlanıldığı deyilir

26-05-2018 11:13 / Bu xəbər 2445 dəfə oxundu

''Babək Həsənli ilə Ruslan Nəsirlinin evində axtarış aparılır''

Mayın 25-də günün ikinci yarısı AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, Nərimanov rayon təşkilatının şöbə sədri Babək Həsənli polislər tərəfindən saxlanılıb.

Məlumatı Meydan TV-yə partiyanın Gənclər Komitəsinin sədri İlham Hüseyn verib.

Onun sözlərinə görə, Babək Həsənlinin evində axtarış aparılır: "Bundan başqa, partiyanın Gənclər Komitəsinin Ali Məclisinin sədri Ruslan Nəsirlinin Saatlı rayonundakı evlərində axtarış aparılır, özü ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb”.

İlham Hüseyn deyib ki, partiya üzvlərinin saxlanılması 28 may bayram mitinqi ilə əlaqədardır: "Hər aksiyadan əvvəl bu cür repressiyalar aparılır”.

İlham Hüseyn hazırda partiyadaşlarının saxlanılması ilə bağlı adları çəkilən rayon polis bölmələrində olduqlarını bildirib.

DİN bu barədə hər hansı açıqlama yaymayıb.