Azər Qasımlı Baş Prokurorluğu məhkəməyə verir

Azər Qasımlı Baş Prokurorluğu məhkəməyə verir

15-05-2019 21:48 / Bu xəbər 163 dəfə oxundu

ReAl Partiyasının Məclis sədri Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə verir. 

Bu bardə Azər Qasımlı feysbukda yazıb.

O bildirib ki, bu addımı ölkədən çıxışına qoyulan qadağa ilə bağlı atacaq: "Bir sıra jurnalist və sivil toplum nümayəndələrinin ölkədən çıxışına qadağanı ləğv etdilər. Artdınca Səməd Seyidov da xaricdə olanlara "geri dönə bilərsiniz" dedi. Lakin hələ də ölkədən çıxışına qadağanın qaldırılmadığı şəxslər var, xaricdəkilərin isə qayıtdıqları zaman ölkədən çıxışlarına qadağa qoyulmayacağına və ya həbs edilməyəcəklərinə real zəmanət yoxdur. Bir sözlə bu məsələdə hakimiyyət "seçimli ədalət" prinsipi ilə hərəkət edir".

"Avropa Məhkəməsinin qərarına baxmayaraq, hökumətin də bu qərarı şikayət etməməsinə və hətta qərarın təzminat hissəsini qismən həyata keçirməsinə rəğmən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi mənim ölkədən çıxışıma qoyduğu qadağanı ləğv etmək istəmir", - Azər Qasımlı bildirib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə verəcəyini deyən Qasımlı qurumun ayrı-seçkilikdə günahlandırıb: "Hakimiyyətin və prokurorluğun mənə qarşı sərgilədiyi davranış qanunsuzluq və ayrı-seçkilikdir. Bununla bağlı Avropa Şurasının Nazirlər Komitəsinə artıq şikayət göndərmişəm. Sabah Prokurorluğun Ağır Cinayətlər İdarəsini isə bir daha məhkəməyə verəcəyəm".

ReAl Partiyasının üzvü Azər Qasımlı 2016-cı il sentyabrın 28-də xaricə gedərkən Böyük Kəsik keçid məntəqəsində saxlanılıb. 

Böyük Kəsik keçid məntəqəsində ona bildiblər ki, ölkədən çıxışna qadağa qoyulub. 

O bildirib ki, ölkədən çıxışa qadağa qoyulması barədə ona əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib.