Azərbaycan bayrağının Türkiyədə təhqir edildiyi deyilir - VİDEO

Azərbaycan bayrağının Türkiyədə təhqir edildiyi deyilir - VİDEO

27-02-2020 17:52 / Bu xəbər 908 dəfə oxundu

Bir neçə gün əvvəl sosial şəbəkədə Azərbaycanın Dövlət bayrağının zibil torbası kimi istifadə edilməsi ilə bağlı foto yayılmışdı. Bəziləri şəklin Azərbaycanda çəkildiyini iddia etmişdi.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı sosial şəbəkədə video paylaşılıb. 

Videodan məlum olub ki, görüntülər Türkiyədə çəkilib. Görüntülərin müəllifi bildirib ki, hər gün bu formaya salınan çox sayda bayrağı evə gətirir.

Videoya şərh yazanların əksəriyyəti bunun Türkiyədə yaşayan ermənilərin əməli olduğunu iddia edib.