Azərbaycan milli komandası şahmat üzrə Avropa Çempionu oldu

Azərbaycan milli komandası şahmat üzrə Avropa Çempionu oldu

07-11-2017 01:02 / Bu xəbər 70 dəfə oxundu

Bu, onların son 8 ildəki 3-cü çempionluqlarıdır

Noyabrın 6-da Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa Çempionatında sonuncu görüşünü keçirib.

Azərbaycanlı şahmatçılar 9-cu turda Ukrayna millisi ilə qarşılaşıblar. Qalib gəlsəydilər çempion olacaqdılar. Lakin bu görüş heç-heçə başa çatıb – 2:2.

Rusiya isə son turda Almaniyaya qalib gəlib. Nəticədə, Azərbaycan və Rusiya yığmaları AÇ-ni eyni – 14 xalla başa vurublar.

Beləliklə, əlavə əmsalların cəminə görə, Azərbaycan millisi Avropa çempionu adını qazanıb. Bu, Azərbaycan komandasının qitə birinciliyində üçüncü belə uğurudur.

Azərbaycan – Ukrayna 2:2

Şəhriyar Məmmədyarov – Pavel Elyanov 0,5:0,5

Teymur Rəcəbov – Yuri Krivorukço 0,5:0,5

Arkadi Naydiç – Ruslan Ponomaryov 0,5:0,5

Rauf Məmmədov – Yuri Kuzubov 0,5:0,5.