Baş redaktor Baş Prokurorluğa çağırıldı

Baş redaktor  Baş Prokurorluğa çağırıldı

15-05-2017 19:05 / Bu xəbər 1469 dəfə oxundu

Anaxeber.az saytının baş redaktoru Azər Talıbov Baş Prokurorluğa çağırılıb. 

Bu barədə Arqument.az-a Azər Talıbov özü məlumat verib.

Baş redaktoru Müdafiə Nazirliyi və orduda baş verənlərlə bağlı yazılara görə çağırdıqlarını deyiblər.

Talıbov deyir ki, məsələnin detallarını tam bilmir: "Tam detallı məlumatım yoxdur. Sabah Baş Prokurorluğa gedəcəyəm və ətraflı öyrəncəyəm".

Qeyd edək ki, son vaxtlar media nümayəndələrinin hüquq-mühafizə orqanlarına çağırılması halları artıb. 

"Sərhədsiz Reportyorlar”ın 2017-ci il aprelin 26-sı Vaşinqtonda keçirdiyi Dünya Mətbuat Azadlığı İndeksinin təqdimatında gəlinən ümumi nəticə belə olub.

Mətbuat azadlığını müdafiə edən bu beynəlxalq təşkilat hesab edir ki, jurnalistikadan ötrü "dönüş anı” gəlib. Bütün dünyada mətbuat azadlığına məhdudiyyətlərin və söz azadlığı pozuntularının səviyyəsi beş ildə 14 faiz artıb.

Mətbuat Azadlığı İndeksinə görə Azərbaycan 162-ci yerdə qərar tutub.