Daha bir NİDA üzvü istefa verdi

Daha bir  NİDA üzvü istefa verdi

30-09-2015 19:11 / Bu xəbər 3159 dəfə oxundu

NİDA Vətəndaş Hərəkatının qurucularından olan Üzeyir Məmmədlidən sonra Aygün Pəncəliyeva da hərəkatdan istefa verib.

Bu barədə Arqument.Az-a NİDA üzvlərindən biri məlumat verib. 

Onun sözlərinə görə, Aygün Pəncəliyeva Üzeyir Məmmədlinin istefasından sonra bu qərara gəlib və " Mən də NİDA-nı tərk edirəm" deyib. 

Qeyd edək ki, Aygün Pəncəliyeva əvvəllər NİDA-nın İdarə Heyətinin üzvü olub. Son günlərə qədər Gənclərin Hüquqlarının müdafiə komitəsinin üzvü idi. 

Onu da bildirək ki, Aygün Pəncəliyeva Üzeyir Məmmədlinin həyat yoldaşıdır. 

Məlumatı Arqument.Az-a Üzeyir Məmmədli də təsdiqləyib.

Arqument.az