Ermənistanda benzin ucuzlaşıb

Ermənistanda benzin ucuzlaşıb

09-01-2019 18:36 / Bu xəbər 1750 dəfə oxundu

Bir ay ərzində benzinin qiyməti 10 faiz aşağı düşüb

Son bir ay ərzində Ermənistanda benzin 10 faiz ucuzlaşıb.

Ölkə mətbuatının məlumatına görə, yanvarın 8-də "Requlyar" markalı benzinin 1 litrinin qiyməti 400 dram (80 sent) olub.

Məlumata görə bu markalı benzin bir ay bundan əvvəl 440-450 dram (90 sent) olub. Benzinin qiyməti 2018-ci il dekabrın əvvəlindən aşağı düşməyə başlayıb.

"Rəsmi olaraq qiymətin aşağı düşməsinin səbəbləri açıqlanmır. Amma bəzi söhbətlərə əsasən qiymətdə endirim bazarda yeni "oyunçunun" peyda olması ilə əlaqədardır", erməni mətbuatı yazıb.

Neft istehsal edən Azərbaycanda Aİ-95 (Premium) markalı benzinin qiyməti 1 manat 50 qəpik (88 sent), Aİ-98 (super) markalı benzinin qiyməti 1 manat 60 qəpik (94 sent), Aİ-92 markalı benzinin qiyməti 90 qəpikdir (53 sent).

Meydan.tv