Ermənistanın sabiq prezidenti həbs olundu

Ermənistanın sabiq prezidenti həbs olundu

28-07-2018 13:36 / Bu xəbər 398 dəfə oxundu

Robert Köçəryanın vəkili Ruben Saakyan məhkəmə qərarını şərh etməkdən imtina edib

İrəvan Şəhər Məhkəməsi 1998-2008-ci illərdə Ermənistan prezidenti olan Robert Köçəryan haqda həbs qərarı çıxarıb.

Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Hadisələr nəticəsində 10 nəfər ölüb.

Məlumatı Rusiya tass.ru yayıb.

Robert Köçəryanın vəkili Ruben Saakyan məhkəmə qərarını şərh etməkdən imtina edib:

"Bu barədə şikayət verəcəyik və iyulun 28-də mətbuat konfransı keçirəcəyik”.

Sabiq prezidentin özü haqqında cinayət işini qisas və siyasi təqib adlandırmışdı.

Xüsusi İstintaq Komitəsi Ermənistanın Kollektiv Təhlükəsizlik Təşkilatındakı katibi Yuri Xaçaturova qarşı da ittihamlar irəli sürüb. 
1 mart hadisələrinə görə sabiq müdafiə naziri Mikael Arutyunyan haqda isə axtarış elan olunub.

Ermənistanda 2008-ci il 19 fevral prezident seçkilərində qalib baş nazir Serj Sarkisyan elan olunsa da, müxalifətin namizədi Ter-Petrosyanın tərəfdarları aksiyalara start verdilər. Toqquşmalar nəticəsində 2 polis olmaqla 10 nəfər ölmüşdü.///Meydan.tv