Günel Səfərovanın namizədliyi qeydə alındı

Günel Səfərovanın namizədliyi qeydə alındı

15-01-2020 23:16 / Bu xəbər 653 dəfə oxundu

"Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərovanın namizədliyi qeydə alınıb.

Bu barədə Günel Səfərova Arqument.az-a deyib.

O bildirib ki, ötən gün 9 saylı Binəqədi ikinci seçki dairəsi onun namizədliyini təsdiq edib. 

G.Səfərova  9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclis seçkilərində müstəqil namizəddir və YAP-dan rəqibi Kəmaləddin Qafarovdur.