Gürcüstan Rusyaya görə 25 mln. itirib

Gürcüstan Rusyaya görə 25 mln. itirib

29-07-2019 22:29 / Bu xəbər 905 dəfə oxundu

Rusiyaya birbaşa aviadaşımaların qadağan olunması "Gürcüstan hava yolları” şirkətinə, təxminən, 25 mln. dollar zərər vurub.

Bu haqda "Report.az” məlumat yayıb.

Məlumata görə, Rusiyaya uçuşların dayandırılması Gürcüstanın əsas aviadaşıyıcısının maliyyə durumuna ciddi təsir edib və aviaşirkət satılan biletlərinin 80%-ni geri qaytarmalı olub, bilet almaq istəyən sərnişinlərin sayı isə kəskin azalıb.

Şirkət rəhbərliyi maliyyə yardımı ilə bağlı Gürcüstan hökumətinə müraciət edib. Hökumət "Gürcüstan hava yolları”nın ağır maliyyə vəziyyətini nəzərə alaraq müraciəti nəzərə alıb və zərərin müəyyən hissəsini kompensasiya etməyə qərar verib.

Rusiya və Gürcüstan arasında birbaşa aviadaşımalara iyulun 8-dən qadağa qoyulub. Hazırda "Gürcüstan hava yolları” şirkəti Rusiyadan Yerevan vasitəsilə Ermənistanın tərəfdaş şirkətinin dəstəyi ilə Gürcüstana sərnişin daşıyır.

Gürcüstan hökumətinin qərarı ilə Rusiyadan tranzit uçuşlara 600 min avroya qədər subsidiya ödəniləcəyi bildirilib.