Gürcüstan yeni parlamenti seçir

Gürcüstan yeni parlamenti seçir

08-10-2016 13:55 / Bu xəbər 1470 dəfə oxundu

Oktyabrın 8-də Gürcüstanda parlament seçkisi keçirilir.

150 yer uğrunda 25-dən çox siyasi partiya və blok mübarizə aparır.

Seçkiyə namizəd kimi 30-a yaxın azərbaycanlı qatılıb. 

İlk dəfədir ki, azərbaycanlı namizədlər daha çox müxalifət sıralarından namizədliklərini irəli sürürlər. 

Hakim partiyanın cəmi 3 azərbaycanlı namizədi var.

Gürcüstanda 3.5 milyon seçici var.

azadliq.org