Gürcüstanda benzinin qiyməti ucuzlaşıb

Gürcüstanda benzinin qiyməti ucuzlaşıb

29-12-2018 19:42 / Bu xəbər 1739 dəfə oxundu

Qiymətlərin ilin sonuna qədər düşməkdə davam edəcəyi bildirilir

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Gürcüstanda yanacağın ucuzlaşmasına səbəb olub.

"İmedi” telekanalının verdiyi məlumata əsasən, Gürcüstanda yanacağın bütün növlərinin qiymətində təxminən 10 tetri ucuzlaşma nəzərə alınıb.

Gürcüstanda yanacağın qiymətinin ən yüksək göstəricisi noyabr ayında qeyd edilib. Məsələn, "Eko Super" keyfiyyətində neft məhsulunun qiyməti noyabrın əvvəlində 2,71 lari təşkil etdiyi təqdirdə, qiymətlərdə ucuzlaşma baş verdikdən sonra indi eyni məhsulun qiyməti 2, 64 laridir.

Ekspertlərin fikrinə əsasən, qiymətlərdə ucuzlaşma baş verməsinin səbəbini bütün dünyada neftə olan tələbatın azalması ilə əsaslandırmaq olar. Dünya bazarlarında Brent markalı neftin qiyməti 54 ABŞ dolları təşkil edir, oktyabr ayında isə bu göstərici 86 dollar idi.

Neft biznesinin təmsilçiləri əmindilər ki, Gürcüstanda yanacağın qiyməti ilin sonuna qədər ucuzlaşmaqda davam edəcək.

Avtomobil sahibləri də neftin qiymətinin ucuzlaşmasından razı qalıblar, ancaq onların fikrincə, 10 tetri azalma yetərli deyil və qiymətlər bir az da ucuzlaşmalıdır. (Mənbə: "Sputnik”)