İran Pentaqonu terror təşkilatları siyahısına daxil edib

İran Pentaqonu terror təşkilatları siyahısına daxil edib

14-01-2020 02:31 / Bu xəbər 1195 dəfə oxundu

İran prezidenti Həsən Ruhani Pentaqonun terror təşkilatları siyahısına daxil edilməsini özündə ehtiva edən parlamentin qanun layihəsini təsdiqləyib.

Bu barədə "Tasnim” agentliyi xəbər yayıb.

2019-cu ilin aprel ayında İranda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qadağan olunmuş təşkilat kimi tanınması barədə qanun qəbul edilib.
 
İndi isə sənədə dəyişiklik edilib. Artıq Pentaqonun bütün üzvləri və onlarla əlaqəli müəssisə və təşkilatlar terrorçular siyahısına daxil edilib.

Daha əvvəl müvafiq qanun layihəsi İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənmişdi.